Nalbandyan: “Sülh danışıqları bir nəticə verməsə...”
21 Oktyabr 2010 Cümə Axşamı 10:20
Ermənistanın XİN rəhbəri yenə boğazdan yuxarı danışıb.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar hazırda üç prinsip - xalqların öz müqəddaratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiq edilməməsi, eləcə də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Akvilada qəbul etdikləri 6 element əsasında aparılır”. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan parlamentdə komissiyalararası iclasda bəyan edib.

O, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu prinsip və elementləri vahid paket halında nəzərdən keçirdiklərini və bütün məqamların danışıqlar prosesində nəzərə alınacağını bildirib. Qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasına gəldikdə isə erməni nazir deyib ki, danışıqların getdiyi bir ərəfədə bu məsələ o qədər də aktual deyil. Onun sözlərinə görə, danışıqlar prosesi münaqişənin sülh yolu nizamlanmasına nail olmasa, digər varinatların da nəzərdən keçirilməsi mümkündür.

Türkiyə-Ermənistan münasibətlərinə toxunan Nalbandyanın fikrincə, rəsmi Ankaranın qeyd şərtsiz davranacağı halda proses davam etdirilə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar