Nalbandyan: "Qaçqınların Qarabağa qayıtması müzakirə edilmir"
21 Noyabr 2009 Şənbə 10:10
Ermənistan xarici işlər nazirinin sözlərinə görə, bu məsələ yalnız münaqişə həll eidldikdən sonra müzakirə oluna bilər
Qaçqınların Qarabağa qayıtması, yalnız Qarabağ münaqişəsi həll ediləndən sonra müzakirə edilməyə başlanacaq. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Onun sözlərinə görə, bu məsələ hazırda müzakirə edilmir. “Biz bu məsələni münaiqşə həll ediləndən sonra, müvafiq təhlükəsizlik qarantiyası olanda və daha geniş konteksdə -400 mindən çox erməni qaçqınının qayıtmasını nəzərə almaqla müzakirə edəcəyik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: