Nalbandyan: "Protokollar imzalanarkən pozuntu qeydə alınmayıb"
24 Fevral 2010 Çərşənbə 17:25
Belə bir bəyanatla Ermənistanın XİN rəhbəri çıxış edib
Ermənistan respublikasının “beynəlxalq saziş” haqda qanununa əsasən, əvvəlcədən heç bir prosedur nəzərdə tutulmayıbsa, müqavilələrin imzalanması qanunun 12,14 və 18-ci bəndlərində nəzərdə tutulmuş prosedurlara əsasən həyata keçirilməlidir. Belə bir bəyanatla Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan ölkə parlamentində çıxış edib. Onun sözlərinə görə, Türkiyə-Ermənistan protokollarının imzalanması zamanı heç bir qanun pozuntusu olmayıb.

Ermənistan ictimaiyyətinin protokollar barəsində öncədən məlumatlandırılmamasına gəlincə isə xarici işlər naziri bildirib ki, razılaşmaların paraflanması və imzalanması haqda danışıqlar konfidensial şəkildə aparılıb.

Türkiyə-Ermənistan protokollarına gəldikdə isə o, qeyd edib ki, Ermənistanın təşəbbüsü ilə altı həftə ərzində paraflanmış protokollar dərc olunub. "Bu isə beynəlxalq təcrübədə misilsiz hadisə hesab olunur”,- deyə Nalbandyan söyləyib.

Parlamentin beynəlxaq sənədlərə düzəliş etmək hüququ barədə isə Nalbandyan söyləyib ki, müvafiq məsələyə dair qanun layihəsi artıq hökumətə göndərilib və müsbət qərar qəbul olunduqdan sonra parlamentə təqdim olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar