Nalbandyan bu dəfə Azərbaycanı ittiham etdi
02 Mart 2010 Çərşənbə Axşamı 16:15
"Azərbaycanın müharibə bəyanatları Qarabağ münaqişəsinin nizamlanmasına mane olur"
"Azərbaycanın daima səsləndirdiyi müharibə bəyanatları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mane olur". Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ispaniyalı həmkarı Migel Anhel Moratinos ilə İrəvanda keçirdiyi birgə mətbuat konfransında belə deyib. Erməni nazir bildirib ki, guya Azərbaycan tərəfinin güc tətbiq etməsi Qarabağ münaqişəsinin baş verməsinə səbəb olub.
“Azərbaycanın güc tətbiqinin mümkünlüyünə dair bəyanatları münaqişənin nizamlanmasına əngəl törədir. Bilmirəm, Azərbaycan hansı mövqedən çıxış edərək belə qənaətə gəlir”, - deyə Nalbandyan bildirib.
Erməni nazirin sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın bu cür hərəkətlərinin qarşısını ala bilər.
“Azərbaycan demək olar ki, hər gün müharibə bəyanatları verir. Avropa İttifaqı elə edə bilər ki, bu bəyanatlar münaqişənin nizamlanma prosesinə mane olmasın və problemin sülh yolu ilə həlli istiqamətində addımlar atılsın. Təkliflər irəli sürülüb, əgər hansısa tərəf bunu qəbul etmək istəmirsə, deməli o, münaqişənin nizamlanmasını istəmir”, - deyə Ermənistanın XİN rəhbəri bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: