Nalbandyan Azərbaycana paxıllıq etdi
08 Sentyabr 2011 Cümə Axşamı 22:29
Ermənistan ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə qarşıdır.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə öz namizədliyini irəli sürməsindən sonra rəsmi İrəvan narahatlıqla dolu bəyənatlarla çıxış etməyə başlayıb. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv olması bu strukturun nüfuzunun atrmasına gətirib çıxarmayacaq. Bunu Ermənistan xarici işlər naziri Edvard Nalbaldyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla birgə keçirdiyi mətbuat konfransında bəyan edib. Onun fikrincə, Azərbaycanın quruma üzv olmasından sonra ortaya çıxacaq hər hansı bir nəticənin məsuliyyəti Azərbaycana səs verəcək ölkələrin üzərinə düşəcək. Azərbaycanın son 20 il ərzində hərbi büdcəsini 6 dəfə artırıldığını vurğulayan erməni nazir belə bir ölkənin Təhlükəsizlik Şurasına üzv olmasını anlamadığını söyləyib.

Həmçinin Nalbaldyan Azərbaycanın quruma seçiləcəyi təqdirdə, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə şübhə ilə yanaşdığını söyləyib.

Qeyd edək ki, Azərbaycan bu ilin yayında Nyu-Yorkda Təhlükəsizlik Şurasının daimi üzvlərinə müraciət edərək öz namizədliyini irəli sürüb. 2012-2013 illərdə Təhlükəsizlik Şurasında müvəqqəti üzv olmaq üçün BMT-nın daimi üzvlərindən öz namizədliyini dəstəkləməyə xahiş edib.

Xatırladaq ki, Təhlükəsizlik Şurasının 2012-2013 illər üçün müvəqqəti üzvlərin seçilməsi BMT Baş Assambleyasının oktyabrın 13-də keçiriləcək 66-cı sessiyasında baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar