Nabucco layihəsi ləğv oluna bilər
27 Yanvar 2010 Çərşənbə 19:50
“Nabucco” qaz kəməri layihəsi baş tutmaya bilər.
V. Auli bu il ərzində boru kəmərinə qaz verəcək şirkətlərin təkliflərini alacaqlarını deyib: “Kifayət qədər təklif gəlməzsə, “Nabucco” inşa edilməyəcək. Biz dövlət şirkəti deyilik, kommersiya şirkətiyik. Təklif yoxdursa, boru kəməri də yoxdur”. V. Auli yekun qərarın 2010-cu ilin sonunda veriləcəyini söyləyib.
Qeyd edək ki, “Nabucco” layihəsində Avstriyanın OMV, Türkiyənin BOTAŞ, Bolqarıstanın “Bulgargaz”, Macarıstanın MOL, Rumıniyanın “Transgaz” və Almaniyanın RWE şirkətləri iştirak edir. Kəmərlə ildə 31 milyard kubmetr qaz daşınması planlaşdırılır. APA
DOSTLARINLA PAYLAŞ: