Nabucco konsorsiumunun prezidenti gələn həftə Bakıya gələcək
04 İyun 2011 Şənbə 18:18
İyun ayının 9-da «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin prezidenti Reynhard Mitçek Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə şirkətdən bildirilib.
«İyunun 8-də Kayseridə (Türkiyə) «Nabucco» layihəsi üzrə Layihəyə Dəstək Sazişlərinin rəsmi imzalanma mərasimində iştirak edəcək R.Mitçek iyunun 9-da Azərbaycana səfər edəcək. Bir günlük səfərin məqsədi Bakıda keçiriləcək Xəzər Neft-Qaz Sərgi-Konfransında iştirak etməkdir. Reynhard Mitçek həmin konfransda çıxış edəcək», - deyə «Nabucco Gas Pipeline International GmbH.» şirkətindən bildirilib.
Qeyd edək ki, Kayseridə keçiriləcək imzalanma mərasimində «Nabucco» konsorsiumunun üzvü olan şirkətlər (OMV, MOL, «Transgaz», «Bulgarian Energy Holding», «Botaş» və RWE) və 5 tranzit ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) aidiyyəti nazirlikləri tərəfindən imzalanacaq. APA
DOSTLARINLA PAYLAŞ: