Müxalifət partiyaları seçki bloku yaradır
09 Mart 2010 Çərşənbə Axşamı 19:20
Əli Əliyev: "Bu həftə blokun formalaşması ilə bağlı qərar qəbul etmək fikrindəyik"
“Azadlıq” blokunun parlament seçkiləri ilə bağlı yaradacağı seçki blokunun tərkibi geniş olacaq. Bu barədə APA-ya blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, seçki blokuna “Azadlıq” Siyasi Blokunda təmsil olunan partiyalardan başqa daha bir neçə siyasi qurumun və ictimai təşkilatın qatılacağı gözlənilir: “Həmin partiyalarla danışıqlar aparılıb, amma hələlik yekun qərar yoxdur. Bu həftə blokun formalaşması ilə bağlı qərar qəbul etmək fikrindəyik”.
Ə. Əliyev yaranacaq seçki blokunun adının “Azadlıq” seçki bloku adlanacağını istisna etməyib: “Amma ola bilər ki, fərqli bir ad da seçilsin. İstənilən halda cəmiyyət biləcək ki, bu blok “Azadlıq” blokunun bazasında yaradılır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: