Müttəfiq qoşunlar artıq Liviyada əməliyyatlara başlayıb
19 Mart 2011 Şənbə 19:31
Fransa prezidenti "Fransa hərbi təyyarələri Benqazidə Müəmmar Qəddafi qoşunlarının üsyançılara tuşlanmış hava hücumunun qarşısını alır"
Fransa prezidenti Nikolya Sarkozi müttəfiq qoşunların hərbi qüvvələrinin artıq Liviyada əməliyyatlara başladığını deyib. Bir qədər öncə başa çatmış fövqəladə iclasın sonunda bəyanat verən Sarkozi bildirib ki, Fransa hərbi təyyarələri Benqazidə Müəmmar Qəddafi qoşunlarının üsyançılara tuşlanmış hava hücumunun qarşısını alır.

Fransa prezidentinin sözlərinə görə Qəddafi beynəlxalq ictimaiyyətinin ona vermiş olduğu ultimatuma əhəmiyyət verməyib. Böyük Britaniya baş naziri Devid Kamerun isə bildirib ki, Liviya ilə münasibətdə artıq fəaliyyətə keçməyin vaxtı gəlib çatıb. C. Kamerunun sözlərinə görə, Qəddafi atəşkəs barədə verdiyi vədi pozub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar