Müsəlman qadın maraqlı ideya verdi
03 Oktyabr 2009 Şənbə 21:05
Hollandiyada yaşayan Fadiyya Əl-Kartabi hicabla bağlı qeyri-adi təklif irəli sürüb
Hollandiyanın şimalındakı Frislend dairəsində yaşayan müsəlman qadın dindar qadınların yerli cəmiyyətə daha dərin inteqrasiya etməsi üçün maraqlı ideya ilə çıxış edib. O, Frislendin bayrağının rəsmi rənglərini əks etdirən hicab taxmağa başlayıb.

İdeya müəllifi olan Fadiyya Əl-Kartabi ümid edir ki, bu, Hollandiyada yaşayan müsəlmanların cəmiyyətdə üzləşdikləri təhqirlərə layiqli cavab olacaq. O bildirib ki, bu ideya onda təsadüfən yaranıb. “Bir dəfə mən bazarda ağ və mavi rəngli sap axtarırdım. Satıcılardan biri məndən soruşdu ki, siz Frislendin bayrağının rənglərini nəzərdə tutursunuz? Həmin an bu ideya ağlıma gəldi”, – deyə Əl-Kartabi vurğulayıb.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar