Müsahibə kralı Larri Kinq Bakıdadır
30 İyun 2012 Şənbə 00:24
Larri Kinq Krans Montana forumunda moderator qismində iştirak edir.
Televiziya tarixində ən tanınmış aparıcılardan biri, CNN telekanalnda “The Larry King Live” proqramının keçmiş müəllifi və aparıcısı Larri Kinq Bakıya gəlib. AzərTAc xəbər verir ki, tanınmış teleaparıcı Bakıda təyyarədən düşər-düşməz “Twitter” bloqunda qeydlər edib.

“Mən Krans Montana forumunda iştirak etmək üçün Bakıya gəldim. Forumda iki panelin moderatoru kimi çıxış edəcəyəm!”. L.Kinq yazır ki, onun “sevimli həyat yoldaşı Şoun həmişəki kimi, Bakıda da diqqət mərkəzindədir”.

Populyar teleaparıcının arvadı isə öz “Twitter”ində bildirir ki, Bakı artıq öz səliqə-sahmanlı hava limanı ilə onda xoş təəssürat oyadıb.

Şoun Kinq yazır: “Gecən xeyrə qalsın, ABŞ, sabahın xeyir, Bakı! Şəhərin bütün görməli yerlərini gəzməyə tələsirəm. Biz lap Xəzər dənizinin sahilindəyik”.

Larri Kinq (əsl adı Lourens Harvi Zaygerdir) - 1985- ci ildən 2010-cu ilədək əvəzolunmaz aparıcısı olduğu öz populyar “Larry King Live” tok-şousu sayəsində tanınmış Amerika telejurnalistidir.

Öz karyerası dövründə o, siyasətçilərlə, idmançılarla, artistlərlə və digər məşhurlarla əlli mindən çox müsahibə aparıb. “Emmi” mükafatının laureatıdır, iki dəfə “Pibodi” mükafatının laureatı olmuş, on dəfə “Cable ACE”-nin mükafatçıları sırasında olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar