Musa Qasımlı: Ermənistanın bütün siyasəti bəşəriyyətə və sivilizasiyaya qarşı yönəlib
29 İyun 2011 Çərşənbə 03:14
Musa Qasımlı: “Ermənistanda dövlət rəhbərliyindən tutmuş aşağılara qədər çoxları terroru himayə edən, terrorla məşğul olan şəxslərdir”.
“Beynəlxalq və regional təşkilatların sənədlərini imzalayan konkret ölkələr var. Həmin ölkələr öz imzalarına hörmət etməlidirlər, təcavüzkarı dayandırmalıdırlar, işğal olunmuş ərazilərdən təcavüzkarın çıxmasını tələb etməlidirlər”. ANS PRESS-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Milli Məclisin deputatı, politoloq Musa Qasımlı deyib.
Musa Qasımlı bildirib ki, bu tələblər konkret qəbul olunmuş sənədlərdə əks etdirməli və təcavüzkara ciddi təzyiqlər göstərməlidir. Onun sözlərinə görə, Azərbaycan əraziləri işğal edilib, azərbaycanlılara qarşı və mülki obyektlər əleyhinə terror hərəkətləri törədilib, azərbaycanlılar qaçqın və məcburi köçkünlərə çevriliblər. Millət vəkili qeyd edib ki, Ermənistanda dövlət rəhbərliyindən tutmuş aşağılara qədər çoxları terroru himayə edən, terrorla məşğul olan şəxslərdir. Bu baxımdan, Ermənistanın bütün siyasəti bəşəriyyətə və sivilizasiyaya qarşı yönəlib.
“Qərb dövlətləri həqiqətən demokratik ölkələrdirlərsə və regionun demokratik inkişafını, Avropaya inteqrasiyasını istəyirlərsə, ikili standartlara son qoymalıdırlar, Sarkisyanın sərsəm bəyanatlarına konkret cavab verməlidirlər. İndiki vəziyyət Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə gətirib çıxara bilməz. Fikrimcə, dünya birliyi birmənalı olaraq Ermənistanın təcavüzünü pisləməli, təcavüzkarla təcavüzə qalan arasında bərabərlik işarəsi qoymamalı, Ermənistanı imzaladığı beynəlxalq sənədlərə, götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə məcbur etməlidirlər”, - Musa Qasımlı vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: