Murad Dadaşov: Bu hələ də mənə yuxu kimi gəlir
23 Aprel 2011 Şənbə 21:31
Dostlarının Anar Məmmədxanova son sözləri. Murad Dadaşov: “Bu hələ də mənə yuxu kimi gəlir”.
Bu gün günorta saatlarında ürək tutmasında qəflətən vəfat edən Milli Məclisin keçmiş üzvi, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanovu cənazəsi “Təzə Pir” məscidinə aparılıb. Onun ölümü hər kəsi sarsıb. Dostları və tanıyanlar çətin də olsa, barəsində bir neçə kəlmə deməyə özlərində güc tapıblar.
“Təzə Pir” məscidində ANS-ə açıqlama verən tanınmış şoumen, A.Məmmədxanovun dostu Murad Dadaşov deyib ki, Anar Məmməxanov Azərbaycan üçün kifayət qədər böyük nailiyyətlər qazanmış və qələbələr gətirmiş insan idi. O bildirib ki, heç vaxt düşünməzdi ki, nə vaxtsa onun ölümü haqqında söz deməli olacaq: “Düzdür, yaşca mən Anardan balacayam. Anar şərəfli bir ömür yaşayıb. Mən hələki şokdayam və hələ də bu hadisəni hiss etmirəm və düşünürəm ki, bu gün qurtaracaq. Yenə də Anar zəng edəcək və deyəcək ki, bu bir zarafat idi. Bu hələ də mənə yuxu kimi gəlir”.
Musiqiçi RasimMüzəffərli isə deyir ki, dünən onunla yeni bir layihə haqqında danışıbmış: ““Allahın musiqisi” adlı muğama həsr olunmuş bədii-sənədli bir filmdir. Artıq filmin ssenarisi də hazır idi”.
R. Müzəffərli bildirib ki, Anarın gördüyü, görmək istədiyi işlər çox idi: “Bircə onu istərdim ki, bu işlər yarımçıq qalmasın. Allah ona rəhmət eləsin, millətimizə başsağlığı verirəm.” anspress
DOSTLARINLA PAYLAŞ: