Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 2009-cu il üçün Ramazan təqvimini hazırlayıb. Beləliklə, avqustun 21-i niyyət axşamıdır. Avqustun 22-dən isə Azərbaycanda orucluq ayı başlayır. Müqəddəs Ramazan ayının 18, 20, 22 və 26-sı, yəni sentyabrın 8, 10, 12 və 16-sı əhya gecələridir. Sentyabrın 20-də isə orucluq başa çatır.
QMİ bəyan edir ki, Ramazan ayının 29-da, yəni 19 sentyabrda Hilal görünərsə, 20 sentyabr Ramazan bayramı günüdür, görünməzsə, sentyabrın 21-i bayramdır. /ANS TV/