Müharibə İranla sərhəd olan ölkələrə daha böyük fəlakətlər gətirəcək
03 Fevral 2012 Cümə 11:10
“ABŞ Xəzərdə öz hərbi donanmasını yerləşdirmək üçün Azərbaycan və Türkmənistanı razı salmağa çalışır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri rusiyalı politoloq, Kaspi Əmədaşlıq İnstitunun baş direktoru Sergey Mixiyev “Ria Novosti” agentliyində keçirilən “Böyük Qafqaz” hədə və sankisyaların təzyiqi altında: İran faktoru” adlı Moskva-İrəvan videokörpüsündə bildirib.
O, İranla müharibənin başlamasını regiondakı iqtisadi layihələr üçün böyük hədə adlandırıb: “İranla müharibə Şimali Qafqazda yenidən terrorun başlamasıdır. Böyük müharibə bu regiona təhlükə gətirəcək. Müharibə İranla sərhəd olan ölkələrə daha böyük fəlakətlər gətirəcək. Bu ölkələrdə də terror baş qaldıracaq. İrandan olan qaçqınlar bu ölkələrin iqtisadiyyatini iflic edəcəklər”.
S. Mixiyev “Nabucco” layihəsinin taleyinin hələ məlum olmadığını söyləyib: “Regionda müharibə başlayacağı təqdirdə isə layihənin gerçəkləşməsi daha da çətin olacaq. Çünki layihəni gerçəkləşdirmək üçün maddi vəait yoxdur. Dağlıq Qarabağda müharibənin başlanması isə bütün bu layihələrin dayandırılmasına gətirib çıxaracaq”.
DOSTLARINLA PAYLAŞ: