Müharibə başlaya bilər
04 Avqust 2014 Bazar Ertəsi 22:35
Dağlıq Qarabağda erməni və Azərbaycan güclərinin təmas xəttində gərgin vəziyyət davam edir.
ANS PRESS-in məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.

Seyran Ohanyan hesab edir ki, istənilən provakasiya müharibəyə keçə bilər, amma hələ ki genişmiqyaslı hərəkətlər üçün əsaslar yoxdur. Döyüş mövqelərinə, könüllülər dəstələri göndərilib.

Ermənistanın müdafiə naziri hesab edir ki, ordu əlavə səfərbərlik olmadan qoyulmuş məsələləri həll etməyə bacarıqlıdır.

Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Ermənistanın sərhəd regionlarına baş çəkib .

Azərbaycanın general-leytenantı Rövşən Əkbərov son günlər ərzində erməni hərbçilərinin 71 nəfər itkisini və təxminən 80 erməni hərbçisinin yaralandığını bildirib.

Döyüş hərəkətləri nəticəsində 6-7 erməni döyüş mövqeyi məhv edilib.

"Müharibəni biz atıcı silahla aparırıq. Biz hələ silahın başqa növlərinə müraciət etmədik. Əgər biz silahın başqa növlərinə müraciət etsək, onda orada heç bir insan qalmayacaq", - deyə Azərbaycan generalı bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, son günlər ərzində erməni hərbçiləriylə təmas xəttində atışmaların gedişatında 13 Azərbaycan hərbi qulluqçusu həlak olub.

Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağda münaqişənin nizama salınmasına görə danışıqlar aparacaq. Görüş Soçidə Rusiya tərəfinin vasitəçiliyi ilə avqustun 8-9-na təyin edilib. Ölkə başçıları güman edirlər ki, onlar "problemin sülh nizamlanmasına və gərginliyin zəifləməsinə açarı" tapmağı bacaracaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar