Müğənni Suranın ölümü ilə bağlı şok fakt
28 Avqust 2014 Cümə Axşamı 15:27
Qafqaz Universiteti Amil Əsgərovun və Sura Əsgərlinin vəfati ilə bağlı baş sağlığı verib.
Qafqaz Universitetinin iki tələbəsi dünyasını dəyişib.
Universitetdən ANS PRESS-ə verilən məlumata görə, rektorluq Amil Əsgərovun və Sura Əsgərlinin vəfati ilə bağlı başsağlığı verib:
“Dəyərli iki tələbəmiz - Amil Əsgərovun və Sura Əsgərlinin faciəvi vəfatı xəbərini böyük təəsürlə duyurur, Qafqaz ailəsinə dərin hüzünlə başsağlığı, mərhum tələbələrimizin ailələrinə və sevənlərinə səbr diləyirik.
Allah rəhmət eləsin!”
Qeyd edək ki, Sura Əsgərli gənc müğənni olub. Bir neçə gün öncə Suranın intihar xəbəri yayılıb. Mərhum özünü asaraq intihar edib. Yaxınları Suranın niyə intihar etməsini bilmədiklərini söyləyirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl Sura Əsgərlinin intiharından sonra açıqlama verən anası qızının son dəfə Amil adında dostu ilə danışdığını bildirmişdi. Ana qızının mobil telefonunu polisə verməzdən əvvəl özü yoxladığını qeyd etmişdi. Ehtimal edilir ki, ananın adını çəkdiyi Amil məhz intihar etmiş gəncdir.
DOSTLARINLA PAYLAŞ: