Müğənni Doğuş şəhidlərimizə hörmət göstərib
02 Avqust 2014 Şənbə 02:57
Müğənni Doğuş: Şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Azərbaycanın 8 hərbçinin ölüm xəbəri ilə sarsıldığı bir vaxtda Türkiyənin məşhur müğənnisi Doğuşun Bakıda konsert proqramı ilə çıxış edəcəyi ilə bağlı xəbər yayılmışdı.

ANS PRESS-in məlumatına görə, Doğuşun konsertinin təxirə salınmayacağı, təmtəraqlı şəkildə keçiriləcəyi bildirilsə də, müğənni sosial şəbəkədə konsertlə bağlı açıqlama verib.

“Azərbaycandakı konsertimi təxirə saldım. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Başqa zamanda görüşmək ümidi ilə...” – deyə ifaçı “Instagram” səhifəsində yazıb.

Qeyd edək ki, Türkiyəli müğənninin konsert proqramının olacağı xəbəri sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olnaraq, kəskin şəkildə pislənmişdi.




DOSTLARINLA PAYLAŞ:

oyunlar