Müdafiə Nazirliyi yaralı əsgərlə bağlı məlumat yaydı
18 Mart 2010 Cümə Axşamı 14:45
Yaralanmış əsgər Mustafa Əliyevin vəziyyəti kafidir
Azərbaycan Müdafiə Nazirliyi martın 17-də Ermənistan slahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan N saylı hərbi hissənin əsgəri Mustafa Aslan oğlu Əliyev ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün bəzi KİV-də yaralanmış əsgərin dünyasını dəyişməsi barədə yayılmış məlumatlar yalandır.
Əsgər Mustafa Aslan oğlu Əliyev hazırda hospitaldadır, vəziyyəti kafidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: