Müdafiə Nazirliyi Seyran Ohanyana cavab verib
08 Avqust 2014 Cümə 13:11
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın iddialarına cavab verib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata bildirilir ki, Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab verilib.

"Bildiririk ki, əgər belə bir hadisə baş verərsə Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaq.
Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.

Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır.
Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan Respublikası istiqamətində tuşlanmış raketlərimiz düşmən ölkənin paytaxtı Yerevan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazıdır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar