Müdafiə Nazirliyi qalmaqallı əsgər barədə açıqlama yaydı
21 Yanvar 2013 Bazar Ertəsi 15:38
Nazirliyik apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyəti məlumatlandıracaq
"N saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı foto görüntülərlə bağlı araşdırmaya başlanılıb".
Bu barədə məlumat ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib. Məlumata görə, ilkin məlumata görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir.
Buna baxmayaraq, Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq. Bəzi informasiya vasitələrində əsgər Namazlı Ülvinin zabit qismində təqdim edilməsinin də yanlış olduğunu diqqətə çatdırırıq.
DOSTLARINLA PAYLAŞ: