Müdafiə Nazirliyi:Cəbhədə vəziyyət gərginləşib
25 Aprel 2012 Çərşənbə 10:20
Milli ordunun mövqeləri cəbhə boyu atəşə tutulub.
Cəbhədə vəziyyət yenə gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 24-də saat 10.55-dən 11.00-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, saat 21.40-dan 21.45-dək Ermənistanın Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, saat 18.00-dan 18.20-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında, saat 19.00-dan 19.25-dək və 20.05-dən 20.10-dək Tərtər rayonunun Göyarx və Çiləbürt kəndləri yaxınlığında, saat 23.00-dan 23.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, saat 14.20-dən 14.40-dək, 14.30-dan 14.40-dək, 14.40-dan 14.50-dək, aprelin 25-də saat 01.50-dən 02.00-dək və 06.00-dan 06.10-dək Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz kəndləri, saat 00.50-dən 00.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 06.00-dan 06.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar