Müdafiə Nazirliyi: “Cəbhədə gərgin vəziyyət davam edir
30 Oktyabr 2010 Şənbə 10:35
Ermənilər 7 istiqamətdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.
Cəbhədə gərgin vəziyyət davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-da saat 18.00-dan 18.05-dək Ermənistanın Noyenberyan rayonunun Şavaşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.00-dan 18.05-dək və 19.40-dan 20.25-dək Ermənistanın İcevan rayonunun Azatamut və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Qızıl Hacılı kəndlərində yerləşən mövqelərimizi, saat 13.25-dən 13.40-dək və 23.30-dan 00.30-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.40-dan 18.45-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.30-dan 16.35-dək və 22.05-dən 22.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.10-dan 17.12-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.23-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: