Müdafiə Nazirliyi: “Cəbhədə gərgin vəziyyət davam edir”
19 Oktyabr 2010 Çərşənbə Axşamı 09:50
Ermənilər cəbhə boyunca mövqelərimizi atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 18-də saat 11.15-dən 11.25-dək Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 17.45-dən 17.55-dək Ermənistanın Noyenberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi, saat 22.20-dən 22.25-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 10.40-dan 10.50-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.30-dan 19.00-dək, 18.40-dan 19.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.40-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.25-dən 20.00-dək, 23.30-dan 23.55-dək və oktyabrın 19-da saat 03.05-dən 03.25-dək Tərtər rayonunun Seysulan, Çaylı və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar