Müdafiə Nazirliyi: ABŞ-Azərbaycan birgə hərbi təlimi müvəqqəti olaraq təxirə salınıb
21 Aprel 2011 Cümə Axşamı 10:32
Müdafiə Nazirliyi: “ABŞ-Azərbaycan birgə hərbi təlimi müvəqqəti olaraq təxirə salınıb”.
Bu barədə APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib. Nazirlik sözçüsü ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidsonun hərbi təlimlərin Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təxirə salınması barədə fikirlərinə münasibət bildirərkən belə deyib: “Yəqin ki, yaxın zamanlarda təlimlərin keçiriləcəyi vaxt dəqiqləşəndən sonra bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, 15-25 may tarixlərində “Regional cavab-2011” adı altında ABŞ - Azərbaycan birgə hərbi təlimləri keçirilməli idi. Təlimlər naməlum səbəblərdən qeyri-müəyyən vaxta təxirə salınıb.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson bildirib ki, bu təlimlər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təxirə salınıb: “Buna görə də sualı o quruma ünvanlasanız, daha yaxşı olar”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar