Müdafiə nazirimiz Rusiyaya gedir
18 Sentyabr 2009 Cümə 16:15
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev sentyabrın 21-də Rusiyaya işgüzar səfərə gedəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Eldar Sabiroğlunun APA-ya verdiyi məlumata görə, sentyabrın 24-dək davam edəcək səfər Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun dəvəti ilə baş tutacaq.

Səfər zamanı hərbi əməkdaşlıq məsələləri və regional məsələlərin müzakirəsi, eyni zamanda 2010-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planının imzalanması nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar