Müdafiə naziri İraqın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
16 Avqust 2010 Bazar Ertəsi 13:55
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev İraqın Azərbaycana yeni təyin olunmuş səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Səfər Əbiyev yeni təyinatı ilə bağlı səfiri təbrik edərək bildirib ki, Azərbaycan İraqla əlaqələrin qurulmasına önəm verir. İraqlı qonaq isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini və erməni təcavüzünü pislədiklərini bəyan edib. APA
DOSTLARINLA PAYLAŞ: