Mübariz İbrahimov türk dünyasını birləşdirdi
04 İyul 2011 Bazar Ertəsi 22:04
Türk Xalqlarının Assambleyasının nümayəndələri milli qəhrəman Mübariz İbrahimov un qəbrini ziyarət ediblər.
Dünya azərbaycanlılarının 3-cü qurultayında iştirak etmək üçün Bakıya gələn Türk Xalqları Assambleyasının nümayəndələri Azərbaycanın milli qəhrəmanı Mübariz İbramovun məzarını ziyarət ediblər. Türk Xalqları Ümumdünya Assambleyasının üzvlərinin yollarını milli qəhrəman Mübariz İbrahimovun qəbrindən salmaları da təsadüfi deyildi. İndi türk dünyasını, türk birliyini təkcə dil, mədəniyyət birləşdirmir, həm də ona vahid qəhrəmanla öyünmək əlavə olunub. Turan mübarizi kimi...
Assambleyanın 1-ci vitse-prezidenti Yəhya Yusif Camyar deyir ki, Mübariz İbrahimovun adı Astana şəhərində bazar məktəbinə verilib. Onun sözlərinə görə, hazırda onun adının küçəyə verilməsi məsələsi həll olunur. Bundan başqa, Mübariz İbrahimovun adına fond da açılıb.
Assambleyanın prezidenti Yermentay Sultanmurad isə türk xalqlarını birləşdirməyin yollarını axtardıqlarını deyərək, Qarabağ probleminin həlli ətrafında türk xalqlarının həmrəylinin vacib sayır. Onun sözlərinəgörə, erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını işğal etməsi, oradan dinc əhalini qovması, soyqırımı həyata keçirməsi XX, XXİ əsr üçün utancverici bir haldır: “Bizim türk humanizmi müharibəyə imkan vermir. Mən inanıram ki, erməni xalqı da bu işdə vicdanla və ağılla hərəkət edəcək və tezliklə bu münaqişə sülh yolu ilə həll olunacaq”.
1990-cı ildə əsası qoyulan Türk Xalqları Ümumdünya Assambleyasının məqsədi vahid bir türk-turan respublikası yaratmaqdır. Dünyanın 47 türk dövlətini birləşdirərək planlarını həyata keçirməyə çalışan Assambleya artıq Özbəkistanın Daşkənd şəhəri ilə Çimkənd şəhəri arasında Turan şəhərciyinin də tikildiyini söyləyir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: