Mübariz Əhmədoğlu: “Azərbaycana Dağlıq Qarabağı erməni işğalından azad etmək üçün cəmi 6 gün vaxt l
23 İyun 2010 Çərşənbə 16:10
“Mübariz Əhmədoğlu ilə Qarabağ saati” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
APA-nın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yaranan vəziyyət barədə danışaraq deyib ki, Ermənistan diqqəti ATƏT-in Minsk Qrupunun hazırladığı yenilənmiş Madrid prinsiplərindən yayındırmaq üçün regionda gərginliyi artırmağı qarşısına məqsəd qoyub: “Ermənistan cəhd edir ki, sənəddə güc tətbiq edilməsinə qadağa qoyan müddəanı gündəmə gətirsin. İrəvan Türkiyə ilə danışıqlara başlamaqla Dağlıq Qarabağ münaqişəsinin həllini bir neçə ay uzada bildi. Son əməliyyatlar Ermənistan Ordusunun hərbi qüdrəti ilə bağlı yaranan mifi dağıtdı. Milli Ordumuzun bir əsgəri 4 erməni hərbçisini öldürməklə Azərbaycan Silahlı Qüvvələrinin hansı hərbi qüdrətə malik olduğunu sübut etdi”.

M. Əhmədoğlu bildirib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürərək Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaya bilər: “Azərbaycana Dağlıq Qarabağı erməni işğalından azad etmək üçün cəmi 6 gün vaxt lazımdır”.

Politoloq onu da qeyd edib ki, Ermənistan Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda İranla birgə raket əleyhinə müdafiə sistemi yaradır. Politoloqun sözlərinə görə, Ermənistanın bu addımı ilk növbədə Rusiyaya və NATO-ya qarşı yönəlib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar