Misir Mübarəksiz ilk günü bayramla qarşılayıb
12 Fevral 2011 Şənbə 11:35
Hüsnü Mübarək isə ailəsi ilə birlikdə Şarm Əl Şeyx şəhərindəki iqamətgahındadır
Misir prezident Hüsnü Mübarəksiz ilk günü bayramla qarşılayıb. Ölkənin müxtəlif şəhərlərində Hüsnü Mübarəkin istefası ilə bağlı atəşfəşanlıq keçirilib. Təhrir meydanında günlərlə davam edən gözyaşardıcı qaz və su şırnaqları indi fişənglərlə əvəz olunub.

Dünyanın bir çox ölkələrində də misirlilər prezident Hüsnü Mübarəkin istefasını bayram ediblər. Vitse- prezident Ömər Süleymanın Hüsnü Mübarəkin qərarı ilə bağlı qısa açıqlamasından dərhal sonra Livanın paytaxtı Beyrutda atəşfəşanlıq başlayıb.

İordaniyanın paytaxtı Əmmanın mərkəzi küçələrinə də insanlar axışıb. Qəzza zolağında da atəşfəşanlıq müşahidə edilib. "Həmas" qruplaşmasının sözçüsü Sami Əbu Zühri Misir xalqının qərarını dəstəklədiklərini deyib. İordan çayının qərb sahilindəki Rəmallah şəhərində də yüzlərlə insan Misir bayraqlarını dalğalandırıb, bu xəbəri bayram ediblər.

Amerika Birləşmiş Ştatların paytaxtı Vaşinqtondakı misirlilər isə Hüsnü Mübarkə qarşı 18 günlük etirazın uğurlu nəticələrini misir səfirlyi qarşısına toplaşaraq baryam ediblər.

Qeyd edək ki, Misir prezidenti Hüsnü Mübarəkin istefasından sonra ölkənin idarəsi müdafiə naziri Məhəmməd Hüseyn Tantavinin əlinə keçib. Məhəmməd Hüseyn Tantavi 1991-ci ildən bəri Misirin müdafiə naziridir. Hakimiyyəti həçrbçilərə ötürən Hüsnü Mübarək isə ailəsi ilə birlikdə Şarm Əl Şeyx şəhərindəki iqamətgahındadır. Onun bundan sonrakı planları barədə heç nə məlum deyil. Amma onun ölkəni tərk etmək niyyətində olmadığı deyilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar