Mübarəkin oğulları yumruqlaşdı
14 Fevral 2011 Bazar Ertəsi 04:47
Böyük qardaş kiçik qardaşın öz dostlarını da siyasətə daxil edərək ataları Hüsnü Mübarəkin son illərini məhv etdiyini iddia edib
Misirdə küçələrə çıxan xalqın təzyiqlərindən sonra istefa etmək məcburiyyətində qalan sabiq prezident Hüsnü Mübarəkin oğulları Ala və Camal dava edib. “Əl Əkbər” qəzetinin verdiyi məlumata görə, Ala Mübarək siyasətlə məşğul olan kiçik qardaşı Camal Mübarəki atalarına zərər verməkdə ittiham edib. Böyük qardaş kiçik qardaşın öz dostlarını da siyasətə daxil edərək ataları Hüsnü Mübarəkin son illərini məhv etdiyini iddia edib. “Dostlarına yol açaraq ölkəni məhv etdin. Bu da nəticəsi. Ömrünün axırında özü ilə fəxr edəcəyi bir vaxtda sən onun imicini məhv etdin”.

Qəzetin məlumatına görə, hadisə Hüsnü Mübarəkin öz vəzifə səlahiyyətlərini müavini Ömər Süleymana verdiyini açıqladığı gecə baş verib. Qəzet həmçinin qardaşları ayırmaq üçün yüksək çinli məmurların qalmaqala müdaxilə etdiyini də yazıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar