Mübarək Səudiyyə Ərəbistanında imiş
02 Mart 2011 Çərşənbə 13:06
Onun ölkəni necə tərk etdiyi məlum deyil
Misirin eks-prezidenti Hüsnü Mübarək hazırda Səudiyyə Ərəbistanının hərbi hospitalında müalicə olunur. ANS PRESS-in Misirin “Əl-Əxbər” qəzetinə istinadən verdiyi xəbərə görə, onun ölkəni necə tərk etməsi hələ ki, məlum deyil. Belə ki, Misir hakimiyyəti Mübarəkin ölkəni tərk etməsinə qadağa qoyub.

Nəşrin məlumatına görə, sabiq prezident Tabuk şəhərində yerləşən hospitalda hər beş gündən bir (bir saat) kimyəvi üsulla müalicə kursu keçir. Xəstəyə yoğun bağırsağı iltihabı və mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub.

“Əl-Əxbər” yazır ki, Mübarəkin ailə üzvlərinin bir qismi hospitalda onun yanındadırlar.

Qeyd edək ki, Misirin baş prokuroru Əbdel Mahid əl-Mahmud bazar ertəsi Hüsnü Mübarək və onun ailə üzvlərinin ölkədən kənara çıxmasına qadağa qoyub.

“Əl-Yaum əs-Sabina" qəzetinin yazdığına görə isə, keçmiş prezident müalicə üçün Misir xəstəxanalarından birinə yerləşdirilib. Nəşr qeyd edir ki, Mübarək guya gizli şəkildə təyyarə ilə Səudiyyə Ərəbistanına uçmağı planlaşdırıb, lakin baş prokurorun imzaladığı qadağa sərəncamı ilə əlaqədar olaraq onun və ailə üzvlərinin ölkədən çıxmasına imkan verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar