MTN-nin Heydər Əliyev adına Akademiyasında məzunların buraxılışı olub
13 İyul 2011 Çərşənbə 23:11
Eldar Mahmudov: “Təcrübəli müəllimlərdən aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri vəzifə borclarını layiqincə yerinə yetirməkdə məzunlara kömək olacaq”.
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında məzunların növbəti buraxılışına həsr olunmuş mərasim keçirilib. Mərasimdə çıxış edən milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov bildirib ki, təcrübəli müəllimlərdən aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri vəzifə borclarını layiqincə yerinə yetirməkdə məzunlara kömək olacaq.

Nazir deyib ki, sərhədlərin, təhlükəsizliyin qorunmasına, ümumən milli maraqların etibarlı təminatına xidmət edəcək zabitlər bilməlidirlər ki, əzm, qətiyyət, fədakarlıq, vəzifə borcuna məsuliyyətlə yanaşma və peşəkarlıq olmadan, bu, mümkün deyil. Vətənpərvərlik amilinə ciddi diqqət yetirməkdə əsas məqsəd, ilk növbədə, Ermənistanın işğal etdiyi ərazilərimizin azad olunmasıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar