MSK komissiya rəhbərləri üçün seçki hüququ üzrə kurslara başlayır
23 Avqust 2010 Bazar Ertəsi 06:35
Kursların məqsədi qurumun qarşısına qoyulan vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işini gücləndirməkdir.
Bu gün Mərkəsi Seçki Komissiyası (MSK) Bakıda dairə seçki komissiya rəhbərləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış bir həftəlik kurslara başlayır. MSK mətbuat xidmətindən verilən məlumata görə, kursların keçirilməsindən məqsəd ölkə prezidentinin sərəncamına uyğun olaraq qurumun qarşısına qoyulan vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.

Qeyd edək ki, Daxili işlər, Ədliyyə nazirlikləri, Respublika prokurorluğu, Konstitusiya və Ali məhkəmə, o cümlədən prezident administrasiyası və Milli Məclis rəhbərləri səviyyəsində kurslarda mühazirəçi qismində iştirak edəcək. 125 dairə seçki komissiya rəhbərləri 4 qrupa bölünəcək və hər qrupa MSK-nın bir üzvü təhkim olunacaq. Kurslar avqustun 27-dək davam edəcək. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar