Mövlud Çavuşoğlunun qərarı erməniləri qəzəbləndirib
11 May 2010 Çərşənbə Axşamı 17:35
Ermənilər AŞ PA sədrini boykot etmək qərarına gəlib.
Ermənistanın "Daşnaksütyun" partiyası AŞPA sədri Mövlud Çavuşoğlu ilə görüşü boykot etmək qərarına gəlib. Belə ki, partiya qurum sədri Mövlud Çavuşoğlu ilə mayın 13-ə nəzərdə tutulmuş görüşdə iştirak etməkdən imtina edib.

Partiyanın sədri Vaan Ovannisyan bu gün keçirdiyi iclasda bildirib ki, partiyasının AŞ PA sədri ilə görüşməkdən imtina etməsinin səbəbi Mövlud Çavuşoğlunun qondarma erməni soyqırımı abidəsini ziyarət etməmək qərarı olub.

Vaan Ovannisyanın sözlərinə görə, AŞ PA-nın Ermənistana səfər edən bütün əvvəlki sədrləri qondarma erməni soyqırımı abidəsini ziyarət edib.

Qeyd edək ki, Ermənistan parlamenti daimi komissiyasının xarici məsələlər üzrə rəhbəri Armen Rustamyan da görüşdən imtina edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar