Mövlud Çavuşoğlu yenidən AŞPA sədri seçildi
24 Yanvar 2011 Bazar Ertəsi 23:25
41 yaşlı türk Mövlud Çavuşoğlu parlamentarilərin səslərinin çoxunu qazana bilib.
Avropa Şurası Parlament Assambleyasına Türkiyə nümayəndə heyətinin keçmiş rəhbəri, Ədalət və İnkişaf Partiyasının üzvü Mövlud Çavuşoğlu yenidən sədr seçilib. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, qurumun qış sessiyasına olan ilk iclasında çıxışından dərhal sonra AŞPA-ya sədrlik üzrə səsvermə keçirilib. Böyük səs çoxluğu ilə Mövlud Çavuşoğlu yenidən Avropa Şurası Parlament Assambleyasının sədri seçilib.

Qeyd edək ki, ötən ilin 1 yanvar tarixində keçirilən səsvermədə də 41 yaşlı türkün namizədliyinə assambleya üzvlərinin çoxu səs verib. Ondan əvvəl AŞPA-ya ispaniyalı Luis Mariya de Puç sədrlik edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar