Moskvada Qarabağ nizamlanmasına ümidlə baxırlar
10 Dekabr 2009 Cümə Axşamı 23:05
Andrey Nesterenko: "Azərbaycanla Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyişə doğru gedir"
“Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyişə doğru gedir”. Belə bir bəyanatla Rusiya Xarici İşlər Nazirliyinin nümayənsədi Andrey Nesterenko çıxış edib.

Nesterenko bildirib ki, bu il danışıqlar prosesində əldə olunan pozitiv dinamika növbəti ildə də qorunub saxlansa, nizamlanmanın baza prinsiplərinə dair yekun razılaşma əldə etmək mümkün olacaq. "Bunun əsasında isə sülh sazişi hazırlanacaq", - deyə o vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar