Moskvada daha bir bazar bağlandı
21 İyul 2009 Çərşənbə Axşamı 21:10
Paytaxtın Şərq dairəsi prefektinin sərənсamına görə, "İzmaylov" bazarının fəaliyyəti dayandırılıb

Moskvanın Şərq dairəsi prefektinin sərənсamına müvafiq olaraq daha bir paytaxt bazarının - "İzmaylov" bazarının fəaliyyəti dayandırılıb. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Moskvanın Daxili İşlər üzrə Dövlət İdarəsindən Janna Ojimina məlumat verib.

Ümumilikdə 11-20 iyul tarixləri ərzində "İzmaylov" bazarı ərazisində fəaliyyət göstərən "Hebenka", "Çayka", "AST", "Solntse", "Vernisaj", "Yevraziya", "Rosklass" və "Sirenevaya yarmarka" bazarları ərazisindən 5843 yük avtomobili ilə icarədarların əmlakı daşınıb.

Paytaxtın Federal Miqrasiya Xidməti İdarəsinin əməkdaşları tərəfindən bazara bitişik ərazilərdə həyata keçirilən tədbirlər zamanı 25 nəfər saxlanılaraq daxili işlər şöbəsinə aparılıb. Onlardan 14 nəfər Vyentam vətəndaşıdır. Artıq həmin şəxslərin deportasiyası ilə bağlı qərar qəbul olunub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar