Moskvada Azərbaycan-Rusiya sərhədi ilə bağlı müqavilə ratifikasiya edilib
17 İyun 2011 Cümə 20:21
Məsələyə Rusiya Dövlət Dumasının plenar iclasında baxılıb.
Rusiya Federasiyası Dövlət Duması Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqaviləni ratifikasiya edib. Bu barədə Rusiya Dövlət Dumasının rəsmi saytında deyilir.

Məsələyə Dumanın bu gün keçirilən plenar iclasında baxılıb. Müzakirələr zamanı xarici işlər nazirinin müavini Qriqori Karasin məruzəsini təqdim edib. Son olaraq Dövlət Dumasının MDB işləri və soydaşlarla əlaqə komitəsinin sədri Aleksey Ostrovski çıxış edib.

Xatırladaq ki, müvafiq müqavilə 2010-cu il sentyabrın 3-də Bakıda imzalanıb. Rusiya ilə Azərbaycan arasında quru sərhədinin uzunluğu 284 kilometrdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar