Moskva-Bakı marşrutu üzrə yeni aviareys açılıb
19 Avqust 2010 Cümə Axşamı 18:05
Bu gündən etibarən Rusiyanın «VİM-Avia» şirkəti Moskva-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareyslərinə başlayıb.
«APA-ECONOMICS»in məlumatına görə, uçuşlar hər həftənin II və IV günləri «Boeing 757-200» avialayneri ilə yerinə yetiriləcək. Moskvadan Bakıya uçuşlar «Domodedovo» hava limanından həyata keçirilir.
Qeyd edək ki, hazırda «VİM-Avia» şirkəti Moskva-Gəncə (həftədə 4 dəfə) və Moskva-Lənkəran (həftədə 2 dəfə) aviareysləri üzrə uçuşları yerinə yetirir.
Xatırladaq ki, hazırda Bakı-Moskva marşrutu üzrə uçuşları «Azərbaycan Hava Yolları», Rusiyanın «Aeroflot», «Utair», “Sibir” və «Ural Hava Yolları» həyata keçirir. APA
DOSTLARINLA PAYLAŞ: