Mixail Saakaşvili Naxçıvana gedəcək
26 Fevral 2013 Çərşənbə Axşamı 17:25
Gürcüstan prezidenti Mixail Saakaşvili Muxtar Respublikada bir sıra rəsmi görüşlər keçirəcək.
Gürcüstan prezidenti Mixail Saakaşvili fevralın 27-28-də baş tutacaq Azərbaycana səfəri zamanı Naxçıvan Muxtar Respublikasına da gedəcək. Diplomatik qaynaqlardan APA-ya verilən məlumata görə, M.Saakaşvili Naxçıvanda bir sıra rəsmi görüşlər keçirəcək.

Qeyd edək ki, Gürcüstan nümayəndə heyətinin tərkibinə Acarıstan Ali Sovetinin keçmiş sədri Revan Varşalomidze də daxildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar