Misirdə təhlükəsizliyimizi özümüz qoruyuruq
03 Fevral 2011 Cümə Axşamı 18:05
Qahirədəki səfirliyimizin birinci katibi hər şeyin baş verə biləcəyini bildirib
Misirdə kütləvi iğtişaşlar başladıqdan sonra bu ölkədən evakuasiya olunan Azərbaycan vətəndaşlarının sayı 153 nəfərə çatıb. Bu barədə Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Elnur İsmayılov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları səfirliyin “Qaynar xəttinə” müraciət etməkdə davam edir, amma müraciətlərin sayı ilk günlərə nisbətən azalmaqdadır.
“Artıq 50 nəfəri də yola saldıq. Ərzaqla bağlı hələlik problemimiz yoxdur. Lakin hər şey ola bilər. Təhlükəsizliyimizi özümüz qoruyuruq”, - deyə Elnur İsmayılov bildirib.
DOSTLARINLA PAYLAŞ: