Miqrasiya orqanları işçilərinin peşə bayramı günü təsis edilib
17 Mart 2010 Çərşənbə 23:10
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb
Hər il martın 19-u Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradıldığı gün - Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd ediləcək. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Yusif oğlu Rəhimova II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib. Qeyd edək ki, Arzu Rəhimov 2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini - Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilib. 2007-ci il 30 aprel tarixində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: