Minsk Qrupunun həmsədrləri Bakıya gələcək
25 Noyabr 2010 Cümə Axşamı 14:15
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Azərbaycana gəlirlər.
APA-nın məlumatına görə, Rusiyadan gələn vasitəçilər Azərbaycan prezidenti və xarici işlər naziri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edəcəklər.

Rəsmi görüşlər sabah nəzərdə tutulub. Həmsədrlər daha sonra Ermənistana gedəcəklər.

Xatırladaq ki, vasitəçilər noyabrın 24-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar