Minsk Qrupunun həmsədrləri gələn həftə bölgəyə səfər edəcək
04 Aprel 2011 Bazar Ertəsi 12:28
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) gələn həftə bölgəyə səfər edəcəklər.
APA-nın xəbərinə görə, səfər Ermənistandan başlayacaq. Aprelin 13-14-də həmsədrlərin Azərbaycanda olması planlaşdırılır. Onların işğal altındakı Dağlıq Qarabağa da gedəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: