Minsk qrupu Qarabağ münaqişəsində tutduğu vəzifəsini icra etməlidir
13 Aprel 2011 Çərşənbə 17:22
Türkiyənin baş naziri həmsədrləri vasitəçi vəzifələrini yerinə yetirməyə çağırıb
“Türkiyə Ermənistanın maraqları naminə Azərbaycanın hüquqlarının pozulmasına imkan verməyəcək”. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Daha sonra o qeyd edib ki, Türkiyə Ermənistanla sərhədlərini “bütün problemlər öz həllini tapacağı təqdirdə” açacaq.

“Türk-erməni yaxınlaşması Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi halda mümkün olacaq”, - deyə Ərdoğan bildirib.

Türkiyənin baş naziri, həmçinin ATƏT-in Minsk qrupunu münaqişədə tutduğu vasitəçi missiyasını yerinə yetirməyə çağırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar