Minsk metrosundakı terror aktının üstü açılıb
13 Aprel 2011 Çərşənbə 16:56
Belarus prezidenti Aleksandr Lukaşenko bu barədə açıqlama verib
Belarus prezidenti Aleksandr Lukaşenko Minsk metrosunda törədilmiş terror aktının üstünün açıldığını bəyan edib. Onun sözlərinə görə, saxlanılan şəxslər artıq ifadə veriblər. "Terror aktının təşkilatçılarının saxlanılması üçün çekistlərə və milisə dünən axşam saat 9-da səs-küysüz bir əməliyyat həyata keçirmək üçün cəmi bir sutka lazım oldu. Əsas odur ki, biz onların kim olduğunu bilirik, amma onların terror aktını nə üçün törətdikləri hələ məlum deyil, tezliklə bu da məlum olacaq." - Aleksandr Lukaşenko belə deyib.
Belarus prezidentinin açıqlamasından bir az əvvəl isə Dövlət Təhlükəsizlik Komitəsi terror aktını törətməkdə şübhəli bilinən şəxslərin fotorobotunu ictimaiyyətə təqdim edib. Komitə 30 yaşlarınadək 2 şəxsi təsvir edir - onlardan biri qarabuğdayı, digəri isə slavyan xarici görünüşlü gəncdir. Ümumilikdə isə "Oktyabrsk" metro stansiyasında terror aktı ilə bağlı bir neçə şübhəli şəxsin olduğu, onlardan hələlik ikisinin saxlanıldığı bildirilir. Hər ikisi Belarus vətəndaşıdır.
Qeyd edək ki, bu gün Belarusda 12 aprel terror aktı qurbanlarının xatirəsinə matəm günü elan edilib.
DOSTLARINLA PAYLAŞ: