Minlərlə insan Mübarəkin sarayının qarşısına toplaşıb
11 Fevral 2011 Cümə 11:15
Etirazçılar Hüsnü Mübarəkin istefasını tələb edirlər
Misirdə vəziyyət sakitləşmək bilmir. Bu dəqiqələrdə təqribən 7 min gənc prezident Hüsnü Mübarəkin paytaxt Qahirədə yerləşən və yaxşı mühafizə olunan iqamətgahı “Əl-Uruba” sarayının önünə toplaşıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bura toplaşanlar günorta namazından sonra dövlət başçısının istefaya getməsi tələbi ilə mitinqə başlayacaqlar. Gənclər prezident iqamətgahının qarşısında gecələmək niyyətindədirlər. Etirazçılar əmindirlər ki, bu gün onların tələbləri 100 faiz yerinə yetiriləcək.

On minə yaxın insan isə artıq Təhrir meydanı yaxınlığında yerləşən telemərkəzi mühasirəyə alıb. "Al-Arabia" telakanalı məlumat yayıb ki, ölkənin hərbi komandanlığı yaxın saatlarda yeni bəyanatla çıxış edəcək. Yerli analitiklər hesab edirlər ki, hərbçilər hakimiyyət tərəfindən müxalifətə verilən vədlərə dair zəmanət verməklə bağlı bəyanat verəcəklər.

Radikal əhval-ruhiyyəli gənclər prezident sarayını həmlə ilə ələ keçirməyə çağırırlar. Hazırda prezidentin iqamətgahı Respublika qvardiyası tərəfindən mühafizə olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar