Minilliyin layihəsinin direktoru SAM-da məruzə ilə çıxış edəcək
23 Noyabr 2011 Çərşənbə 11:59
Cerom K.QIenn 100-dən çox elmi-publisistik məqalə və bir neçə fundamental əsərlərin müəllifidir.
Minilliyin layihəsinin direktoru Cerom Kleyton Qlen 25 noyabrda Strateji Araşdırmalar Mərkəzində(SAM) “Gələcəyin durumu indeksi - Azərbaycan 2011” adlı məruzə ilə çıxış edəcək. SAM-dan verilən məlumata görə, tədbirdə SAM, Rabitə və Informasiya Texnologiyaları Nazirliyi, AMEA, Azərbaycan Futuroloqlar Cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edəcəklər.
Qeyd edək ki, Cerom K.QIenn elm və texnologiya siyasəti, iqtisadi elmlər, təhsil, müdafiə, proqnozlaşdırma metodologiyası, Millennium Layihəsi, Gələcək Komitə, Xadson İnstitutu üzrə beynəlxalq telekommunikasiyalar və qərarların qəbul edilməsinə dəstək sistemi, hökumət, beynəlxalq təşkilatlar və özəl sənaye üzrə gələcəyə dair(futuroloji) araşdırmalar sahəsində 35 illik təcrübəyə malikdir.
O, milli strateji planlaşdırma, institusional dizayn, treninq, mikrokredit, Afrika, Orta Şərq, Asiya, Karib Hövzəsi və Latın Amerikası kimi ölkələrdə iqtisadi inkişafın qiymətləndirilməsi kimi məsələlərlə məşğul olan PFP İnternational təşkilatının direktor müavini olmuş, 1983-cü ildə CARİNET kompüter şəbəkəsinin (indi CGNET şəbəkəsinə məxsus) əsasını qoymuş, USAİD, Dünya Bankı, UNDP, UNU, UNEP, YUNESKO, DOE kimi beynəlxalq təşkilatlar, həmçinin bir sıra dövlət qurumları və korporasiyalarda məsləhətçi qismində fəaliyyət göstərmişdir.
Cerom K.QIenn 100-dən çox elmi-publisistik məqalə və bir neçə fundamental əsərlərin müəllifidir.
DOSTLARINLA PAYLAŞ: