Milli Qəhraman Mübariz İbrahimov “2010-cu ilin adamı” seçildi
24 Yanvar 2011 Bazar Ertəsi 00:25
Mükafata layiq görülən Azərbaycan prezidenti bu adın Mübariz İbrahimova verilməsini istəyib.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Dağlıq Qarabağda ermənilərlə döyüşlərdə göstərdiyi misilsiz şücaətə görə Milli Qəhraman Mübariz İbrahimovu “2010-cu ilin adamı” elan edib. Bu barədə, “ANS” şirkətlər qrupunun prezidenti Vahid Mustafayev ANS TV-də nümayiş olunan “Əhatə Dairəsi” proqramına verdiyi müsahibədə məlumat verib.
Vahid Mustafayev vətənpərvərlik, dövlətçilik, beynəlxalq siyasi arenalarda, ölkənin iqtisadi inkişafında və s. sahələrdə göstərdiyi uğurlara görə fond komissiyasının Azərbaycan prezidenti İlham Əliyevi bu mükafata layiq gördüyünü, cənab Əliyevin isə öz növbəsində bu mükafatın Mübariz İbrahimova verilməsini istədiyini deyib: “İlham Əliyev bizim komissiya tərəfindən “İlin adamı” seçilmişdi. Biz ona bu seçimi açıqlayanda, cənab prezident bizə öz təşəkkürünü bildirdi. Amma o öz böyüklüyünü göstərərək xahiş etdi ki, bu il biz bu mükafatı Mübariz İbrahimova verək. Bu bir daha onun Mübarizə verdiyi qiymətin adi bir siyasi addım yox, onun ürəyindən keçən, onun canından keçən hisslər olduğunu tam açıqladı. Mən onun bu hərəkətinə heyran qaldım. Və biz onunla birlikdə Mübariz İbrahimovu “2010-cu ilin adamı” seçdik. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: